Öz nazirləri ilə görüşməyən Putinin Paşinyanla görüşməkdə məqsədi nə idi? – İLAHƏ SADIQOVA danışır

Ümid Partiyası sədrinin müavini İlahə Sadıqova 29 aprel 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Ölkədə nələr baş verir? Kimlər Azərbaycanı hədəf alır?” sualı ətrafında baş tutub.

İlahə Sadıqova aprelin 28-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş verən şiddətli yanğından, onun səbəbləri ətrafındakı ehtimallardan danışıb.

İlahə Sadıqova bildirib ki, Sumqayıtdakı genişmiqyaslı yanğın təxribat ola bilər, bu ehtimallar araşdırılmalıdır. O, ADNA terrorundan, cinayətkarların hələ də tapılmamasından da danışıb və buna diqqət çəkərək vurğulayıb ki, hakimiyyət Sumqayıtdakı yanğının arxasındakı sirrləri açmaqda, yanğının əsl səbəbini tapmaqda maraqlı olmalıdır.

İlahə Sadıqova qeyd edib ki, yanğından bir gün əvvəl Ukraynanın Azərbaycandakı səfiri Azərbaycanın Ukraynaya növbəti yandımı ilə bağlı paylaşım etmişdi. Yəni yanan anbardan bir gün əvvəl Ukraynaya humanitar yardım göndərilib. Bu baxımdan, yanğın Rusiyanın mesajı ola bilər.

Ümid rəsmisi ölkədəki Rusiya agentura şəbəkəsinin fəaliyyətindən və fəallaşmasından da danışıb. O, bunun təsadüfi olmadığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda Rusiya xüsusi xidmət orqanlarında çalışanların sayı çoxdur və bu çoxluq ölkə üçün faciədir. Onların vaxtında müəyyənləşdirmək və zərərsizləşdirmək lazımdır.

İlahə Sadıqova deyib ki, baş verən yanğın qida sektorumuzu zərbə altına qoyacaq. Çünki 5-6 aylıq yağ tədarükü orada yanıb, bu da ölkə üçün ciddi problem yaradacaq. O, bahalaşma və qıtlıq olacağı barədə xəbərdarlıq edib.

Rusiya-Ukrayna müharibəsi, bu müharibədə Rusiyanın işğaldan əl çəkməkdə maraqlı olmaması, Qərbin Ukraynaya dəstəyi də verilişdə müzakirə mövzusu olub. İlahə Sadıqova bildirib ki, Qərbin və ABŞ-ın qarşısında duran əsas məsələ Putin hakimiyyətinin devrilməsidir, proses də sonadək gedəcək.

Qarabağda baş verənlərə, sülh müqaviləsi gözləntilərinə toxunan Ümid rəsmisi Putinin Ermənistan rəhbərliyi ilə son görüşünə diqqət çəkərək, Rusiyanın buna mane olduğunu vurğulayıb. O, hazırkı durumda bu istiqamətdə Azərbaycan hakimiyyətinin atmalı olduğu addımları da xatırladıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

 

Şərh yaz