Onunla hec bir siyasətçi  müqayisə oluna bilməz – Ənvər Ağazadənin təbriki

Bu təbriki iki il öncə, İqbal bəyin 50 illik yubileyi münasibətilə yazmışdım. Fasebook bunu mənə bu gün xatırladır və yenidən paylaşmağımı tövsiyə edir. İki il bundan əvvəl biz İqbal bəyin  millət vəkili kimi fəaliyyətindən danışırdıq. Bu gün isə əksəriyyət onu prezident kimi görmək istəyir. İnanıram ki, bu istək çox da uzaq olmayan bir vaxtda gercəkləşəçək. Feysbukun  tövsiyəsini nəzərə alıb 2 il əvvəl yazdığım ürək sözlərimi bir də paylaşıram. Doğum gününüz qutlu olsun, dəyərli başqan!

” Bu gün Qarabağ  müharibəsinin veteranı, Ümid Partiyasının sədri, 15 illik millət vəkili fəaliyyətilə əsl millət vəkili nümunəsi yaratmış çox hörmətli İqbal Ağazadənin 50 yaşı tamam olur. Bu münasibətlə İqbal bəyi təbrik edir, ona hər şeydən öncə can sağlığı və bütün arzularını reallaşdırmağa çatacaq bərəkətli ömür arzulayıram.

50 il bir əsrin yarsıdır. Amma İqbal bəyin keçdiyi ömür yolu yarım əsrə deyil bir necə əsrə bərabərdir. O həmişə yaşından çox böyük görünüb. Müharibənin odundan-alovundan keçib. Siyasət meydanında yeri yüksək tribunalarda da olub, həbsxana “otaqlarında” da. Harda olur, olsun ömrünün bir saatını da boşuna xərcləməyib. Daim Azərbaycanımızın firəvan gələcəyi üçün çalışıb, oxuyub, öyrənib, düşünüb, yazıb. Biliyinə , savadına, təşkilatçılıq bacarığına görə onunla hec bir siyasətçi  müqayisə oluna bilməz. İqbal bəy qədər Azərbaycan ədəbiyyatını, tarixini, incəsənətini, folklorunu və iqtisadiyyatını mükəmməl bilən ikinci bir şəxs tanımıram.

İqbal bəyi televizor ekranından, qəzet səhifələrindən tanıyanlar onu çox emosional və bəzən də sərt bir adam kimi xarakterizə edirlər. Amma o, emossional göründüyü qədər də düyğusal və kövrək bir adamdır. Dəfələrlə İqbal bəyin Qarabağdan, Şuşadan, doğulub boya -başa catdığı kəndindən  danışanda kövrəldiyinin, ğöz yaşlarını gizlətməyə çalışdığının şahidi olmuşam. Hər dəfə bu mənzərənin şahidi olanda mənə elə gəlib ki, İqbal bəyi özü olmağa, ruhən bütövləşməyə qoymayan çox ağırılı bir nisgili var. Bu nisgil Qarabağ nisgili, doğma yurd yerlərinin işğal altında olması, xarabalığa çevrilməsi nisgilidir. İnanıram ki, bu nisgilə də son qoyulacaq. Uca Yaradandan diləyirəm ki, İqbal bəyin  növbəti yubileyini onun doğma kəndində-Merdinlidə qeyd etməyi bizlərə nəsib etsin! AMİN!

Bir daha 50 illik yubileyiniz mübarək olsun İqbal bəy!”

Ənvər Ağazadə
Ümid Partiyası sədrinin I müavini 

Şərh yaz