Ölkəmizdə insan haqlarının pozulması beynəlxalq aləmi ikili standartlarla yanaşmağa sövq edir – TAMİLLA QULAMİ

Ümid Partiyasının sədr müavini Tamilla Qulami 9 mart 2022-ci ildə Pressklub Tv-də canlı efir qonağı olub.

Veriliş “Atəşkəs pozuldu: Rusiyanın texnika karvanı məhv edildi”,- başlığı ilə, əsasən Rusiya-Ukrayna müharibəsi mövzusu ətrafında baş tutub.

Ümid sədrinin müavini Rusiya-Ukrayna savaşından, öldürülən uşaqlardan, dinc sakinlərdən, Ukraynaya günlərdir davam edən təcavüzdən, Azərbaycanın Ukraynanın yanında durmasının vacibliyindən danışıb.

O, Rusiyanın işğalçı siyasətindən və bunu arxasındakı konkret səbəblərdən, dünyanın Rusiya ilə döyüşmək istəməməsindən, Ukraynaya verilən dəstəkdən, Avropa dövlətləri və Amerikanın hadisələrə olan mövqeyindən də söz açıb.

Verilişdə Dağlıq Qarabağda baş verənlər, hələ də işğal altında olan ərazilərimizdəki problemlər, oradakı sülhməramlılar, torpaqlarımızın tam işğaldan azad olumamasının yaratdığı problemlər də müzakirə mövzusu olub.

Tamilla Qulami ölkədəki sosial və siyasi problemlərdən, daxildəki ciddi prosseslərdən, Qərbin ikili standartlarından, Qarabağ məsələsində Qərbin Azərbaycanı dəstəkləməməsindən və bunun səbəblərindən də danışıb. Ukraynadakı azərbaycanlıların durumu da verilişdə müzakirəyə çıxarılıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz