Ölkədə vətəndaş sülhü yaradılmalıdır – İQBAL AĞAZADƏ

380

“Ordu haqqında nə danışsaq, sonunda gəlib işğal olunmuş torpaqlarda dayanacağıq. Həm də ki, ordu danışmaqla yox, əməllə özünü göstərməlidir. İşğalda olan torpaqlarımız azad olunandan sonra ordumuz haqqında söz demək o zaman yerinə düşəcək” – umidparty.org xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya TV-də Zaur Qəriboğlunun “Siyasi Reaksiya” verilişində deyib.

Partiya sədri verilən suallara uyğun olaraq, açıq şəkildə qeyd edib ki, Qarabağı bu hakimiyyət almayacaq, ala bilməyəcək, ala bilsəydi, indiyə qədər qaytarardı. “Qarabağı Ümid Partiyasının hakim partiya olacağı zaman biz azad edəcəyik. Biz Qarabağı almaq üçün öncə diplomatiyanı və xarici münasibətləri yoluna qoyacağıq. Qonşu ölkələrə göstərəcəyik ki, bu regionda biz onlar üçün daha yararlıyıq. Ümid hakimiyyəti “vurulmuş” kadrlardan diplomatlar yaratmayacaq. Ordumuz ətraf dövlətlərin maraqlarını ifadə edən kadrlardan və məğlub generallardan xilas olmalıdır. Ölkədə vətəndaş sülhü yaradılmalıdır. Sosial cəhətdən güvənli və ədalətli cəmiyyət formalaşmalıdır. Ölkə demokratik prinsiplərlə idarə olunmalıdır. Bunlar ümumi tezislərdir, bizim bütün sferalarda detallı qısamüddətli və uzunmüddətli planlarımız var”.

İ.Ağazadə daha sonra koronavirusa yoluxanların çoxaldığını və bu sahədə yanlış qərarlar verildiyini bildirib. Həmçinin, əhalinin sosial vəziyyətinin yaxşı olmadığını, müəyyən təbəqələrin dövlət proqramlarında nəzərə alınmadığını vurğulayıb.

Ümid Partiyasının Mətbuat Xidməti

Sözügedən verilişi tam şəkildə təqdim edirik:

Şərh yaz