Ölkə büdcəsini talamaq deyil ki, bacaralar – Elman Abbasov

Dövlət vətəndaşına babalıq etmədiyi üçün onlar hər yerdə incidilir, haqsızlıqlarla üzləşir.

Karantin rejiminin ilk tətbiq olunduğu dövrlərdə Azərbaycan hakimiyyəti COVİD – 19 pandemiyasını lazımi və operativ qərarlarla, vaxtında görülən tədbirlərlə yendi deyə prezidentin şəninə tərif deyib, şerlər yazır, təşəkkür məktubları göndərirdilər. Bəs, nə oldu?! Bütün dünyada karantin rejimi yumuşaldılır, bizdə isə əksinə, iki həftədir həftə sonu sərt karantin rejimi tətbiq olunur və statistika müsbətə doğru dəyişmir. Əksinə qiymətlər qalxır, əhali müflisləşir, insanlar psixoloji sarsıntı keçirir. Deməli, atılan addımlar yalnışdır.

Pandemiya səbəbi ilə Rusiya sərhəddində üç aydır vətənə dönmək üçün toplaşan vətəndaşlarımıza sahib çıxılmır. Ölkəni idarə edənlər dövlətin vətəndaşa sahib çıxmasını təmin edə bilmir. Vətəndaşa sahib çıxmaq milyonlarla dəyəri olan layihələri tenderdə qohum-əqrabanın adına açdıqları şirkətlərə vermək , harada münbit torpaqlar var zəbt etmək, rüşvət və korrupsiya yolu ilə varidat toplamaq, ölkə büdcəsini talan etmək deyil ki, bacaralar.

Dölət vətəndaşına sahib çıxmadığı üçün dünən axşam Rusiya sərhəddində vətəndaşlarımıza qarşı amansızlıq edildi. İnanmıram vətəndaşlarına bu cür laqeyid münasibət bəsləyən ikinci bir ölkə ola.

Dövlət vətəndaşına babalıq etmədiyi üçün vətəndaşlarımız hər yerdə incidilir, haqsızlıqlarla üzləşir. Hakimiyyət ya dövlətin vətəndaşına sahib çıxmasını təmin etməli, ya da istefa verib getməlidir. Bu cür davam edə bilməz!

Elman Abbasov 

Ümid Partiyası Mətbuat və Informasiya məsələləri üzrə sədr müavini 

 

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009