Meydandakı bayraqlar şəhidlik kəfəni idi

Hər gün axşam hakimiyyətin əleyhinə çıxış edən, xalqı bu hakimiyyəti yıxmağa çağıran adamlar Azərbaycan bayrağına sarılaraq, “Can Qarabağ! Can Azərbaycan!”, “Mən vətən uğrunda döyüşməyə hazıram”, deyirdilər. Xalq da bilir Ali Baş Komandan kimdir. O bilir ki, bu gün müharibə əmrini verən dünənə qədər onunla müxalif olan, onunla döyüşən, onunla söz davası aparan adamdır, amma bununla belə hamılıqla “canım sənə fəda, Azərbaycan!” deyib bayrağa büründülər, bayrağa sarıldılar.

Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə LAF TV-nin canlı yayımında qonaq olarkən deyib.

O gün meydanlarda bayrağa sarılmaq, bayrağa bükülmək  sıradan bir hadisə deyildi. O gün o bayrağa sarılmaq hər bir adamın kəfənə bürünməsi, hər  bir azərbaycanlının kəfənə qoyulmağa hazır olması idi. O bayraq əslində, hər birimizin şəhid olarkən tabutuna sarılacaq bayraqdır. Onu o cür qəbul edin, deyə partiya sədri fikrini davam edib.

Verilişin sözügedən hissəsini təqdim edirik:

Şərh yaz