Məhkəmələr vətəndaşın haqlı tələbini bilərək təmin etmir ki, presedent yaranmasın – TAMİLLA QULAMİ

Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami 27 aprel 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Ölkədə məmur özbaşınalığının səbəbkarı kimlərdir?!” sualı ətrafında baş tutub.

Tamilla Qulami ölkədəki məmur özbaşınalığından, məmurların xalq qarşısında hesabatlılığının olmamasından danışıb.

O, həmçinin ölkədəki çoxsaylı sosial problemlərdən, xüsusən vətəndaşların pensiya problemlərindən də danışıb və bunların dərinləşməsinin səbəblərini sadalayıb.
Tamilla Qulami bir çox problemlərdən çıxış yollarını da göstərib və Ümid Partiyasının bu istiqamətdəki təkliflərini diqqətə çatdırıb.

Ümid sədrinin müavini Qarabağla bağlı baş verənlərdən, yayılan xəbərlərdən, həmçinin problemlərdən də danışıb. O, minatəmzləmə problemlərinə, əhalinin köçürülməsinin ləngiməsinə diqqət çəkib və bunu tənqid edib. O, Qarabağda məskunlaşma ilə bağlı Ümid Partiyası sədrinin təkliflləri olduğunu və bu təkliflərin dəfələrlə hakimiyyətə ünvanlandığını da söyləyib.

Şuşa adından istifadənin qadağan olunmasından danışan Tamilla Qulami bunu hakimiyyətin yanlış addımı adlandırıb.

Diaspora və lobbiçilik sahəsindəki problemlər də verilişdə müzakirə mövzusu olub.
Qarabağdakı rus qoşunları, onların sülhməramlı olmaması, təxribat xarakterli hərəkətləri də veriliş zamanı müzakirə edilib.

Tamilla Qulami eyni zamanda Ermənistanla Azərbaycan arasında imzalanmalı olan sülh müqaviləsindən, Azərbaycan vətəndaşlarının işəaldan azad olunmuş ərazilərə buraxmamasından, Rusiya şirkətlərinin Qarabağda işləməyə gəlməsindən də danışıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz