Məzardan qisas almaq insanlığa yaraşmaz – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 18 mart 2021-ci il Kanal13 İnternet Televiziyasında Rüfət Muradlının təqdimatı ilə “Açıq söz” proqramının canlı efir qonağı olub.

Partiya sədri verilişdə 17 mart Prezident Administrasiyasının Ağdama təşkil etdiyi ziyarətdən danışarkən deyib ki, yurdumuz sözün əsl mənasında yağmalanıb. İşğal bir yana, biz tarixin müxtəlif döəmlərində müxtəlif müharibələr də görmüşük, torpaqların əldən-ələ keçməsini də şahidi olmuşuq, filmlərdən, kinosüjetlərdən baxmışıq, izləmişik. Amma Qarabağda işğalda olan zaman o torpaqlara, ağaclara, tikililərə, məzar daşlarına edilənlərin heç birini heç yerdə görməmişik. Düşmən sanki bizim hər daşımızdan, divarımızdan, hər evimizdən, məhəlləmizdən qisas alıb sanki. Məzarlar dağıdılıb, məzarların içindən sümüklər çıxarılıb. Belə bir vandalizm 21-ci əsr insanı üçün xarakterik olmayan bir şeydir. Bomba atarsan, harasa dağılar, qəbul edərsən, ama ağacdan, daşdan, məzardan qisas almaq insanlığa yaraşmayan bir hərəkətdir.

Gerçəkdən də bu işğal bizə böyük bir dərsdir. Biz məsuliyyətimizi bir vətənda, partiya sədr olaraq, hakimiyyətdə olanlar da hakimiyyətdə olduqları müddətdə öz vəzifələrini düzgün dərk etməlidirlər. Biz belə tarixi səhvlərdən qaçmalı, torpaqlarımızın kimlərinsə tərəfindən işğal olunmasına rəvac verən addımlar atmamalıyıq. Tarixin acı nəticələrindən dərsimizi almalıyıq.

Torpaq bizim üçün nədir? O torpaqlar işğaldan azad edildikdən sonra bizim qədərimiz necə dəyişib? Biz vətəndaş kimi sınmışıq, qırılmışıq. İndi isə o torpaqlara qayıtmışıq deyə içimizdə bir qürur da var. Hər yeri səngər olan, hər qarışı düşmən olan, düşmən müdafiəsi üçün səngərə çevrilən ərazini Azərbaycan əsgəri 44 gündə geri qaytardı. Bu özü fəxr ediləsi bir şeydir. Keçmiş olsun millətimiz üçün, dövlətimiz üçün. Biz inanırık ki, o torpaqlar bərpa olunacaq. Düzdür, təbii, əvvəlki ansambl olmayacaq, amma hər halda insanlarımız o yurd-yuvaya qayıdacaq və hər yer bir daha çiçəklənəcək.

Hakimiyyətin birinci vəzifəsi o torpaqların minalardan təmizləmək, təhlükəsiz hala gətirmək və sonra da qayıdış planını həyata keçirmək olmalıdır. Hakimiyyətin bununla bağlı hansı planları var, hələlik bir məlumatımız yoxdur, kəndlərin, şəhərlərin bərpasını hansı istiqamətdə aparacaq, təəssüf ki, Azərbaycan hakimiyyəti ictimaiyyətə, o cümlədən siyasi institutlara geniş açıqlama vermir. Bütün bunlara baxmayaraq, biz hakimiyətə bu istiqamətdə öz təkliflərimizi veririk. Təəssüf edirəm ki, ləngimələr var və təcili surətdə bu ləngimələri aradan qaldırmaq lazımdır. Proses çox sürətlə getməlidir. Çünki regionda dinamika artmağa doğru gedir. Təkcə hərbi-siyasi dinamika yox, həm də geostratejik dinamika artır.

Amerika Birləşmiş Ştatları və Rusiya qarşıdurması yeni dünya düzənində Amerikanın Rusiyaya qarşı sərgilədiyi mövqeyi regionda prosesleri sürətlə dəyişə bilər. Ona görə biz ölkə olaraq, hər vəziyyətə hazır olmayıq. Amma bu gün üçün ən böyük işimiz işğaldan azad etdiyimiz ərazilərin yaşayış imkanlarını bərpa olunacaq vəziyyətə gətirmək, əhalini ora qaytarmaqdır.

Verilişi izləyicilərimizə təqdim edirik:

 

Şərh yaz