Məni siyasətə ölkə problemləri, ən çox da Qarabağ məsələsi gətirdi – İQBAL AĞAZADƏ

Siyasət mənə yox, bu ölkəyə lazımdır. Çünki bu ölkənin kifayət qədər problemləri var və təəssüf ki, həll olunmurlar. Məni siyasətə bu ölkənin problemləri gətirib. Mən siyasətə öz xoşumla, peşə olaraq seçib gəlmədim. Peşə olaraq şərqşünaslığı seçmişdim, sonra hüquqşünaslığı oxudum. Məni siyasətə ölkə problemləri, ən çox da Qarabağ məsələsi gətirdi. İnşallah bir gün Qarabağı azad, problemlərimizi həll edərik, siyasətdə də mənə ehtiyac olmaz, yeni nəsil məni əvəz edər.

Bu sözləri Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Nail Naiboğlunun “MƏN” video layihəsində “Siyasət nəyinizə lazımdır?” – sualına cavab olaraq deyib. 

Partiya sədri aparıcının “Deputat seçkilərində udmaq və uduzmaq necə hisdir?” sualını isə “Uduzmaq hissini bilmirəm, mən uduzmamışam. Taleyimdə beş seçki olub, hamısında da qalib olmuşam. Hə, o başqa məsələdir ki, mənim haqqımı tanıyıblar, ya tanımayıblar. Xalqın etimadını hər zaman almışam və onunla qürur duymuşam.” – deyə cavab verib. 

Video layihənin tamamını izləyicilərə təqdim edirik:

 

 

 

 

Şərh yaz