İslahatların hüquqi tərəfi sistemli getmir- İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 26 may 2022-ci ildə Toplum Tv-də efir qonağı olub.

Veriliş “Məmurlar vətəndaşlarla normal davranır?” sualı və mövzusu ətrafında olub.
İqbal Ağazadə ölkədə olan çoxsyalı problemlər barədə danışıb və aparılan islahatlara da toxunub. Onun sözlərinə görə, hakimiyyət islahatları uğur və ya uğurun bir modeli kimi təqdim edir. Əslində isə islahatlar həmişə problemi çox olan ölkələrdə aparılır.

O, Azərbaycanda islahatın məhkəmə-hüquq sitemindən başlanmalı olduğunu vurğulayıb. Onun fikrimcə, demokratiya təkcə danışmaq deyil, demokratiyanın birinci şərti hüquqi dövlətdir.

Ölkədə söz azadlığı problemlərindən, seçki problemlərindən danışan İqbal Ağazadə, insan haqqlarının pozulması, sərbəst toplaşmaq azadlığını sahəsindəki problemlərə də toxunub. Ümid sədri çıxış yolunu hakimiyyətin istefasında və yeni sistem yaradılmasında gördüyünü vurğulayıb.

Ölkədə Konstitusiya islahatlarının vacibliyinə diqqət çəkən İqbal Ağazadə, bir müddət əvvəl Ümid Partiyasının Konstitusiyaya təklif etdiyi əlavə və dəyişikliklərdən də söz açıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz