İqbal Ağazadə:”Hakimiyyətin koronavirusla mübarizə metodu zəifdir”

Ümid Partiyasının sədri İqbal Ağazadə hakimiyyətin koronavirusla mübarizə metodunu zəif adlandırıb.

Partiya sədri  Zaur Qəriboğlunun “Siyasi Reaksiya” verilişində qeyd edib ki, bu gün Azərbaycan çətinliklə üzləşib. Nədən Azərbaycan xarici mütəxəssislərə müraciət etmir, niyə mütəxəssislər dəvət olunmur? Utanılası bir şey yoxdur ki… Bununla Amerika dövləti, Fransa, Almaniya, İtaliya, qonşumuz Türkiyə baş-başa qalmışdı, bütün dünya bundan əziyyət çəkir. Biz nədən utanırıq? Kimisə dəvət etsək, deyəcəyik ki, zəifik? Zatən zəifik, insanlarımız kütləvi surətdə yoluxur. Bizi iri Avropa ölkələri ilə, Amerika ilə müqayisə etmək ki, o dövrdə onlarda beləydi… Amerikanın əhalisi ilə bizim əhalinin nisbəti götürülsə, bugünkü rəqəm az qala Azərbaycan əhalisinin yarısının yoluxması deməkdir.

Şərh yaz