İqbal Ağazadə tibb işçilərinin peşə bayramını təbrik etdi

Bu gün tibb işçilərinin peşə bayramıdır.

Bildiyimiz kimi bu il dünya ilə yanaşı ölkəmiz üçün də ağır il oldu. Tibb personalı bu ağır ildə ən çox əziyyət çəkən kəsim oldu. Onlar dayanmadan, yorulmadan öz sağlamlıqlarını riskə ataraq, doğmalarından, övladlarından həftələrlə ayrı qaldı, qalmaqda da davam edirlər.

Qarşınızda baş əyirik, bilirik ki, işğal altında olan torpaqlarımızı xilas edən zaman əsgərlərimizi yalnız buraxmayacaq, bizimlə birlikdə səngərdə olacaqsınız.

Ölkəmizin insanı sizlərə əmanətdir. Əməyinizin, əziyyətinizin bəhrəsini bir gün mütləq görəcək, ölkəmizin səhiyyəsindəki problemləri sizlərlə birlikdə həll edəcəyik.

İqbal Ağazadə

Ümid Partiyasının sədri

 

Şərh yaz