İqbal Ağazadə: “Sevinməliyik ki, hər kəs döyüşə hazırdır”

“Dövlət də, vətəndaş da, insanlar da, polis də, hökumət də, iqtidar da sevinməlidir ki, torpaqlarını işğaldan azad etmək istəyən zümrə var və ən çətin anda belə ayağa qalxıb, sonadək döyüşüb, o torpaqları geri almaq istəyən insanlar ortadadır. Mövqelərini qoyurlar, savaşırlar, vuruşurlar, canlarından qorxmurlar, övladlarını qoyub getməkdən çəkinmirlər. Dünən qazi olanlar, əlil olanlar, müharibədə iştirak etmiş adamlar belə yaşından asılı olmayaraq, bu Vətən uğrunda ölmək üçün, öldürmək üçün hər cür fədakarlığa hazırdılar. Bir Vətən üçün, bir iqtidar üçün, bir millət üçün bundan böyük qürur mənbəyi ola bilməz”

umidparty.org xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Xural TV-nin efirində deyib.

Partiya sədri “Qarabağı görməyən gənclər Qarabağı necə sevir?” sualına belə cavab verib: “Bir ana bətnində olan övladını görmədən necə sevirsə, insanlar da Qarabağı görmədən o cür sevirlər. Vacib deyil onu görəsən. Ana öz övladını bətnində daşıyarkən necə sevirsə, bizim hər birimizin bətnimizdə, ruhumuzda, içimizdə o Qarabağ var və Qarabağı da biz o cür sevirik.

Qarabağ bu gün bizim işğalda olsa da, hələ doğulmamış körpəmizdir və bir gün Azərbaycan xalqı o körpəni doğacaq, bəsləyəcək və böyüdəcək. Bu insanların əslində Qarabağa sevgisi oradandır.”

Ümid Partiyasının Mətbuat Xidməti

Sözügedən çıxışı izləyicilərə təqdim edirik:

Şərh yaz