İqbal Ağazadə sadə həqiqətlərdən danışdı

Ümid Partiyasının sədri İqbal Ağazadə Space Televiziyasının “Sadə həqiqətlər” verilişində qonağı olub. Partiya sədri gündəmlə bağlı bir sıra məsələlərə münasibət bildirib. 

İqbal Ağazadə Nikol Paşinyanın tez-tez dünya ölkələrinin liderlərinə, əsasən də Putinə zəng etməsinə belə münasibət bildirib: Ali Baş Komandan bunu daha yaxşı ifadə edərək bildirdi ki, bu, məğlubiyyətini etiraf etməkdir. Bir ölkə rəhbəri ki, işğal etdiyi ərazilərdən geri çəkilmə prosesində başqa ölkə prezidentinə yalvarış dolu müraciət edirsə, papağını qarşısına qoyub, daha ciddi fikirləşməlidir. Bu proseslər hara gedir və bu proseslərdə edə biləcəkləri nə var? 
Partiya sədri proqramın gedişatında bildirib ki, ən böyük əsgərimiz Ali Baş Komandandır: Ali Baş Komandanın verdiyi tapşırıqlar, nəzarət, mexanizmin düzgün qurulması, beynəlxalq təzyiqlərin qarşısının alınmasında – bu işlərdə bilavasitə özünün iştirakı var. Qəbul etmək lazımdır ki, məsuliyyəti çox ağır olan işdir. Hamı elə bilir ki, bu gün yalnız torpaq alınır. Xeyir, bu gün Azərbaycan ədəbiyyatı yazılır, mədəniyyəti, kinosu, şeiri, nəsri və ən başlıcası yeni Azərbaycan tarixi yazılır. 
Erməni vandallığından misal gətirən İqbal Ağazadə bildirib ki, heç kim öz torpaqlarını dağıtmaz: adam öz torpaqlarında təbiəti məhv edərmi, ağacları kəsib, yolları dağıdarmı?! Ermənilər bilirdi ki, o yerlər onların deyil, ona görə dağıdıblar. Əgər erməni şər-böhtanlaı, yalançı torpaq iddiaları olmasaydı, onların Azərbaycandan köçüb getməsinə ehtiyac olmazdı. Azərbaycan tolerant ölkədir. Burada yaşayan hər kəs kimi onlar da yaşaya bilərdilər. Necə ki, bir vaxtlar yaşayırdılar. Yer göstərdik, gözümüzü çıxardılar, torpaqlarımızda yaşamağa icazə verdik, torpaq iddiasına düşdülər. Tarix boyu görmüşük ki, ermənilərin məişətində türk düşmənçiliyi, yalançı ideologiyalar var. 
“Ermənilərlə birlikdə Qarabağda yaşaya bilərikmi?” — sualına partiya sədri belə cavab verib: Artıq üz qoymayıblar, çətin, mümkün deyil. Vəziyyət olduqca mürəkkəbdir və düşündüyümüz qədər də sadə deyil. Kifayət qədər siyasəti bilən biri kimi deyirəm, münasibətlər sistemi elə bir yerdədir ki, artıq birgə yaşayışın konturlarını cızmaq mümkün deyil. Bəlkə də sülh yolu ilə qayıtsaydı, torpaqlarımıza iddia etməsəydilər, nəsə düşünmək olardı. Amma artıq çox gecdir. 

 

Verilişi izləyicilərimizə təqdim edirik:

Şərh yaz