İqbal Ağazadə ReaksiyaTV-ni təbrik edib – VİDEO

İqbal Ağazadə ReaksiyaTV-ni fəaliyyətinin 2 illiyi münasibəti ilə təbrik edib:

Çox gənc olmağına, 2 yaşını qeyd etməyinə baxmayaraq, “Reaksiya TV” Azərbaycanın internet efir məkanında xüsusi mövqeyə, çəkiyə malikdir. Arzu edirəm ki, bundan sonra da öz obyektivliyini qorusun, vətəndaşlar, izləyənlər, tamaşaçılar onun verdiyi informasiyalar-dan məmnun qalsınlar.

Haqlı olanın sözünü desinlər, hər zaman Azərbaycan üçün çalışsınlar. Elan etdikləri kimi hər şey vətən üçün, hər şey Azərbaycan üçün olsun. Qoy, bütün dövrlərdə verdikləri informasiyalar obyektivlikdən kənar olmasın.

Ən başlıcası arzu edirəm ki, o qədər uzunömürlü fəaliyyətləri olsun ki, internet televiziyası kimi yox, sputnikdən efirə çıxan və Azərbaycanın hər yerində yayımlanan televiziyaya çevrilsinlər.

Çox tezliklə Azərbaycanın qələbə xəbərini, Azərbaycan bayrağının Qarabağda dalğalandığı xəbərini ilk verən televiziyalardan olsun.

Dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlının sevimli televiziyası olsunlar. İnsanları siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etməsinlər, azərbaycanlıları bölməsinlər, fərq qoymasınlar. Hər bir həmvətənimiz o efirdə özünü tapa bilsin.

Bir daha təbrik edirəm, uzunömürlü olasınız!

umidparty.org videotəbriki izləyicilərə təqdim edir:

 

 

 

 

Şərh yaz