İqbal Ağazadə Rəyasət Heyətini topladı

Bu gün Azərbaycan Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadənin rəhbərliyi ilə partiyanın rəyasət heyətini toplanıb. Pandemiya qaydalarını gözləməklə geniş iclas keçirilib.

İclasa şəhid Məmmədov Elşən Əli oğlunun ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlanılıb. Sonra regionda və ölkədə baş verən ictimai-siyasi vəziyyət müzakirə olunub, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb. Partiyanın fəaliyyətinin gücləndirilməsi və təşkilatlanma işi istiqamətində təkliflər dəyərləndirilib.

Ümid Partiyasının Mətbuat Xidməti

 

Şərh yaz