İqbal Ağazadə cəbhəyə getdi: “Əsgərlərimizə ən yaxın məsafədə idim”

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə bir-birinin ardınca şad xəbərlər aldığımız cəbhə bölgəsinə səfər edib.

Partiya lideri açıqlamasında bildirib ki, Bakıdan səngərə qədər hər kəs qələbə əhval -ruhiyyəsindədir: “Qarabağımıza, əsgərlərimizə ən yaxın məsafədə idim. Cəbhə xəttinə gedərkən yol boyu hər bir vətəndaşımızı ayaqda gördüm. Uşaqlarımız, ağsaqqallarımız, ağbirçəklərimiz – hər kəs əsgərimizə uğur arzulayır, Qarabağdan həyəcanla xəbər gözləyirdilər. İnsanlarımızla qürur duydum. Bakıdan səngərə kimi hamı qələbə əhval-ruhiyyəsindədir”.

Biz də əsgərik deyən Qarabağ qazisi İ.Ağazadə əlavə edib ki, canlarını vətən üçün fəda etmiş əsgərlərimizə allahdan rəhmət, yaralılara şəfa diləyirik: “Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılarımıza tez sağalmaları üçün dua edirik. Allah xalqımızı, əsgərimizi utandırmasın. Bayrağımızı həmişə uca etsin. Biz isə sadəcə əsgərik! Ya qazi olacağıq, ya şəhid. Qazavatımız mübarək!”

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz