İqbal Ağazadə: Bizdən çəkinsinlər, ayağa qalxsaq, bütün ölkə başlarına uçacaq

Güney Azərbaycan siyasətimiz daha fərqli olacaq. Bu hakimiyyət İranla bağlı məsələlərdə çəkingən mövqe nümayiş etdirir, amma Ümid hakimiyyəti qurulanda biz mütləq Güney Azərbaycan siyasətimizi fərqli quracağıq.

Bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə LAF TV-nin canlı yayımında qonaq olarkən deyib.

Biz heç bir dövlətin ərazi bütövlüyünün pozulmasına və yaxud da iç işlərinə müdaxilə etməyəcəyik, amma oradakı qırx milyon insan hansı qərarı verəcəksə, biz onların yanında olacağıq. Çünki onlar Azərbaycan türkləridirlər və bizim də onların yanında olmağımız şərtdir. Qarabağ məsələsində də onlardan məqsədli, sistemli istifadə olunacaq – – deyə partiya sədri davam edib.

İqbal Ağazadə həmçinin bildirib ki, bizi çox tez-tez İranla, Rusiya ilə qorxudurlar. İran bizdən çəkinsin ki, bizə problem yaradacaqsa, ölkəsinin əhalisinin tən yarısı – Azərbaycan türkləri, qalxar və hər şeyi başına uçurdar. O sərhəddi də Ermənistanın başına uçurdar.  Qırx milyon əhalimiz var orada. Onlar bizdən çəkinsin. Rusiya bizdən çəkinsin ki, tatar kimi, başqırd kimi, qaraçay-çərkəz kimi, tuva, saxa, kumık, çeçen, avar kimi bir qövmü var. Onlar bizdən çəkinsin, biz niyə çəkinirik? Geniş mənada Kollektiv Təhlükəsizlik Müqaviləsindəki ölkələrdən çəkinsin ki, Qazaxıstan, Türkmənistan, Özbəkistan oradadır. Ona görə də biz sistemi, siyasətimizi düzgün qursaq, heç bir problemimiz olmaz. Amma yenə deyirəm, biz də qonşularımızla yaxşı siyasət, xoş münasibətlərin tərəfdarıyıq. Yetər ki, bizim hüquq və haqlarımıza bizim də dünyada tanınan prinsiplərlə ərazi bütövlüyümüzə hörmət etsinlər.

Verilişin sözügedən hissəsini təqdim edirik:

 

Şərh yaz