İqbal Ağazadə birinciləri təbrik etdi

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə 15 sentyabr “Bilik günü” münasibəti ilə ilk dəfə məktəbə ayaq basan birinciləri, tələbələri və bütün təhsil işçilərini təbrik edib.

Təbrikdə deyilir:

“Əziz müəllimlər, tələbələr, şagirdlər və hörmətli valideynlər!

Sizi yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm! Hər şeydən öncə hamınıza can sağlığı, firavan həyat və uğurlu təhsil ili arzulayıram.

“Bilik günü” – bugünün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Xüsusilə ilk dəfə məktəbə qədəm qoyan birincilər, tələbə adını qazanmış abituriyentlər bu günü sevinc və həyəcanla yaşayırlar. Arzu edirik ki, körpələrimizin bilik, təhsil sahəsində atdıqları ilk addım uğurlu olsun. Biz hamımız – valideyn, müəllim, bütöv xalq olaraq, dövlət olaraq təhsil sisteminə yüksək diqqət və qayğı ilə yanaşmalıyıq. Çünki elm, təhsil hər bir xalqın, millətin bünövrəsi, inkişaf meyarıdır.

Ümid edirik ki, pandemiya dövrü şagirdlərimizin bilik və bacarıqlarının artırılmasına mənfi təsir göstərməyəcək. Xalq olaraq gələcəyimizin daha parlaq olması üçün təhsil sahəsinə daha çox diqqət ayıraq. Unutmayaq ki, bu gün məktəbə qədəm qoyan birincilər ölkəmizin gələcəyidir.

Bir daha müəllimləri, valideynləri, tələbələri və birinciləri təbrik edir, yüksək zehin açıqlığı və uğurlar arzulayıram”.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz