İqbal Ağazadə Bəxtiyar Hacıyevə edilən haqsızlıqdan yazdı

Ümid Partiyasının sədri İqbal Ağazadə Bəxtiyar Hacıyevə edilən haqsızlıqdan yazıb, hakimiyyətə səslənib. Bəyanatı izləyicilərə təqdim edirik:

Təəssüf və üzüntü ilə Bəxtiyar Hacıyevin başına gətirilənləri izlədim.

Vətəndaşla bu şəkildə davranmaq heç bir hüquqa, qanuna sığmamaqla yanaşı, cəzasızlıq mühitinin hökm sürdüyünün göstəricisidir.

Siyasi institutların, ictimai-siyasi fəalların bu qanunsuzluqları dayandırmağa gücü yetmir. Səlahiyyətli dövlət qurumları susur və ya prosesdə qərəzli mövqe tutmaqla iştirakçılığını bir daha təsdiqləyir.

İş o yerə çatıb ki, Bəxtiyar Hacıyev vətəndaşlıqdan imtina ilə bağlı Prezidentə müraciət edir

İnanmaq istərdim ki, Bəxtiyar bəy vətəndaşlıqdan imtina etməyəcəyi kimi, ölkə rəhbərliyi də bu müraciəti doğuran sistemli qanunsuzluğun aradan qaldırılması istiqamətində ciddi addımlar atılması və cavabdehlərin ən sərt şəkildə cəzalandırılması ilə bağlı müvafiq qurumlara tapşırıq verəcək.

Şərh yaz