İqbal Ağazadə Bəhram Bağırzadəyə dəstək oldu

Ümid Partiyasının sədri İqbal Ağazadə facebook səhifəsində səhiyyə işçilərinə minnətdarlığını bildirib və aktyor Bəhram Bağırzadəyə dəstək olub. Partiya sədri öz stasunda belə yazıb:
“Koronavirusa yoluxmuş bütün xəstələrimizə Allahdan şəfa diləyirəm. Dünyasını dəyişmiş bütün xəstələrimizin doğmalarına səbr arzulayır, Allah rəhmət etsin deyirəm.
Bu virusla mübarizədə əməyi keçən hər kəsə təşəkkür edir, bütün tibb personalı – həkimlərimiz, tibb bacılarımız, xəstə baxıcılarımız qarşısında baş əyirəm.
Dayanmadan, fasiləsiz, öz sağlamlıqlarını belə riskə atmaqdan çəkinmədən gecə-gündüz çalışan tibb personalına nə qədər təşəkkür etsək, azdır.
Bu statusumda Bəhram Bağırzadəyə də xitabım var:
Dəyərli Bəhram bəy!
Sizin üçün dua edirik. Yumorunuz, gülüşünüz hamıya məlhəm olduğu kimi inanıram ki, dualarımız da sizə məlhəm olacaq. Tez sağalın. Yolunuzu gözləyən doğmalarınızla yanaşı, sizi sevənlər də var. Biz çoxuq, lap çox. Dualarımız sizi sağlığınıza qovuşdurmağa yetəcək. Buna inanırıq.
Bir daha tibb personalına var olun deyirəm, inanıram ki, sabah torpaqlarımızı işğaldan azad edərkən də əsgərlərimizlə bərabər səngərdə olacaqsınız. Virusa yoluxmuş xəstələrimiz sizə əmanətdir, onlarla yanaşı sizlərə də dua edirik.
Hər birinizi bağrıma basıram!”
Şərh yaz