İqbal Ağazadə xaricdə yaşayan həmvətənlərə səsləndi

Ümid Partiyasının sədri İqbal Ağazadə sosial şəbəkə ünvanından qürbətdə olan soydaşlarımıza səslənib. Umidparty.org müraciəti oxuculara təqdim edir:

Xaricdə yaşayan həmvətənlərimiz (özəlliklə, Rusiya, Fransa, ABŞ, Almaniya, İran və s.) Azərbaycanımıza, müqəddəs savaşımıza, əsgərimizə, Ali Baş Komandanımıza, diplomatiyamıza dəstək üçün yaşadıqları ölkədə toparlanmalı, ayağa durmalı, yürüşlər, elmi konfranslar təşkil etməli, KİV-də müsahibələr verməli, mətbuat konfransları keçirməli, haqq işimizi dünyaya çatdırmalıdlrlar.

Hər kəs bilməlidir ki, bu savaş xalqın səsi, tələbidir. Ali Baş Komandan və əsgərlərimiz xalqın istəyini və iradəsini gerçəkləşdirir.

İstənilən siyasi, iqtisadi hədə və təhdidlər Azərbaycan iqtidarına deyil, xalqına qarşıdır. Sona qədər hər bir azərbaycanlı Ali Baş Komandanın bu iradəsini və əsgərimizin əzmini müdafiə edəcək, gərəkilən anda hamımız əsgər olacağıq. 

Yürüşlər eyni gündə olacağı təqdirdə daha effektli olacaq. Ən başlıcası, bu yürüşlərə Azərbaycanı sevən hər kəsi dəvət etməli, sistemli və koordinasiyalı təşkil etmək lazımdır.

Birliyimiz qələbəmizin təminatçısıdır. Bu birliyi sarsıdan heç bir hərəkətə, sözə, fikrə yol vermək olmaz.

Vətən müharibəsi aparırıq. Hamı özünü bu vətənin əsgəri bilməlidir. 

Torpaqlarımız uğrunda türk, talış, ləzgi, avar, kürd, tat, qrız, yəhudi, rus, ukraynalı, ingiloy, xınalıq, bir sözlə, hər kəs birləşib.

Birliyimiz sarsılmazdır!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009