Ümid Partiyasının sədri İqbal Ağazadə sosial şəbəkə hesabından Türkiyə xalqını 30 avqust Zəfər Bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir: Bu gün Türkiyəmizdə Zəfər bayramıdır. Türkiyəmizi və bütün sülhsevər insanları təbrik edirəm. Gün o gün olsun, Azərbaycanın zəfərlərini də birgə qeyd edək.
Partiya sədri həmçinin Aşura Günü münasibətilə Kərbəla şəhidlərinə və torpaqlarımız uğrunda canından keçənlərə Allahdan rəhmət diləyib:
P.S. Bu gün həm də Aşura günüdür. İmam Hüseyn başda olmaqla bütün Kərbəla şəhidlərini hörmət və izzətlə yad edir, torpaqlarımız üçün şəhid olanlara Allahdan rəhmət diləyirəm.
Şərh yaz