Ümid Partiyasından sədri İqbal Ağazadə İzmir şəhərində baş verən zəlzələ ilə bağlı Türkiyə xalqına başsağlığı verib:
“Türkiyəmizdə baş verən zəlzələ bizi dərindən sarsıtdı. Zəlzələdə həlak olanların yaxınlarına, doğmalarına və Türkiyə xalqına Ümid Partiyası və şəxsim adından dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik.”
Xatırladaq ki, 30 oktyabr 2020-ci il tarixində, saat 14:51-də Türkiyə Cümhuriyyətinin İzmir şəhərində 6.6 bal gücündə zəlzələ olub. Umidparty.org rəsmi məlumatlara əsasən xəbər verir ki, bu təbii fəlakət nəticəsində 12 nəfər həyatını itirib, 418 vətəndaş yaralanıb. İzmirdə dağılan və xəsarət görən 17 binada axtarış, xilas etmə işləri davam edir
Şərh yaz