İqbal Ağazadə APA İnformasiya Agentliyinin 16 illik fəaliyyətini təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə hər zaman işğal altında olan torpaqlarımızı, Qarabağ mövzusunu gündəmdə saxlayan APA İnformasiya Agentliyini fəaliyyətinin 16-cı illiyi münasibətilə təbrik edib:

APA İnformasiya Agentliyini təbrik edir, fəaliyyətində uğurlar arzulayır, hər zaman obyektivliyini qorumağı, vətəndaşlarımızın, saytı izləyənlərin verdiyi informasiyadan məmnun qalmalarını diləyirəm.

Hörmətli APA İnformasiya Agentliyinin rəhbərliyi və əməkdaşları!

Arzu edirəm ki, kim haqlıdırsa, hər zaman haqlının sözünü deyəsiniz, məmləkətimiz üçün çalışasınız.

Çox tezliklə işğaldan azad olunmuş torpaqlarımızda şöbələriniz açılsın, o torpaqlardan bizə hər zaman xoş xəbərlər verəsiniz.

Dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlının sevimli informasiya agentliyi olasınız, insanları siyasi mənsubiyyətinə, milliyətinə, dininə, məzhəbinə, təriqətinə görə ayrıseçkilik etməyəsiniz, hər bir həmvətənimiz sizin saytda özünü tapa bilsin.

Bir daha təbrik edirəm, uzunömürlü olasınız!

Uğurlar!

Şərh yaz