Hakimiyyət anlamır ki, qulların üsyanı çox ağır olur – TAMİLLA QULAMİ

Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami 18 aprel 2022-ci ildə Xural Tv-də canlı efir qonağı olub.

“Siyasət meydanı” verilişinin #1505-ci buraxılışında efir “Bahalaşma bizi hara aparır?!” sualı ətrafında baş tutub.

Tamilla Qulami verilişdə ölkədə tüğyan edən bahalaşmadan, ərzaq məhsullarının qiymətinin qısa müddət ərzində qalxmasından, həmçinin ölkənin ərzaq təhlükəsizliyi problemlərindən danışıb. O, hökumətin bu istiqamətdə addımlar atmamasına da diqqət çəkib. Ümid rəsmisi həmçinin partiyasının bu istiqamətdə hökumətə dəfələrlə müvafiq təkliflər verdiyini xatırladıb.

Tamilla Qulami Rusiya-Ukrayna müharibəsindən və bunun Azərbaycana, Azərbaycan vətəndaşına və iqtisadiyyatına təsirlərindən də danışıb.

O, hökumətin Qarabağla bağlı siyasətinə də toxunub, mina təmizləmə işlərinin ləng getdiyinə diqqət çəkib və tənqid edib. O, həmçinin işğaldan azad olunan torpaqlarımıza əhalinin köçürülməsininin ləngiməsindən də danışıb və bunun əlavə problemlər yaradacağını qeyd edb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz