Gələcəyə şikəst Azərbaycan verə bilmərəm – İqbal Ağazadə

Əgər 1988-1992-ci illərdə biz Qarabağ məsələsini həll etmiş olsaydıq, 2002-ci ildə doğulan uşağımız bu gün ölməzdi. Mən gələcək nəslimizin ölməməsi, ayaqda olması, dünyanın, insanlığın, bəşəriyyətin və ölkəmizin inkişafı naminə texnologiyaları, nanotexnologiyaları, elmi, təhsili mənimsəməsi üçün onlara dinc, təhlükəsiz həyat vəd etməliyəm. O həyatı vəd etməyim Qarabağdakı işğalı durdurmaq, sonlandırmaq və insanların ora köçüb azad, hürr içərisində, həm də dimdik yaşamasını təmin etməkdir.

Bu sözləri Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Xural TV-yə müsahibəsində deyib.

Partiya sədri əlavə edib: İnsanlar dimdik təkcə ona görə yaşamırlar ki, ciblərində pulu olur. Mənəviyyatı, ruhu yerində olan insanlar dimdik yaşayır. Mənim mənəiyyatım bu gün işğal olunmuş Ağdamda, Şuşada, Laçında, Füzulidə, Xankəndində çirklənib. Mən bu mənəviyyatı, ruhu təmizləməliyəm.

Mən gələcəyə şikəst Azərbaycan verə bilmərəm.

Mənim bir övladımın bir qolu şikəstdirsə, sınıbsa, əyri bitibsə, o əyri qolu bu gün ən müasir cərrahi üsullarla, hətta iki saatlıq bayıltmaqla, narkoz altında əməliyyat etdirməklə mümkündürsə, edəcəyik. Qarabağ bizim əməliyyatımızdır. Biz onu edəcəyik ki, bizim övladlarımız gələcəyi şikəst Azərbaycana sahib olmasınlar, bütöv Azərbaycana sahib olsunlar.

Burdan deyirəm, bilsinlər, strateji olaraq biz beş illik, üç illik, cari Azərbaycan qurmaq istəmirik. Qarabağ işğaldan azad olunandan sonra əmin olun, Göyçə, Zəngəzur deyilən yerdə Azərbaycanın bayraqları dalğalanacaq. Buna əmin olun.

Sözügedən verilişin həmin hissəsini təqdim edirik:

Şərh yaz