Fərqanə faciəsindən 31 il ötür…

1944-cü ildə Kreml tərəfindən təhdid kimi görünən Axıska türkləri öz vətənlərindən – Gürcüstanın Axıska (Məhsəti) bölgəsindən İosif Stalinin əmri ilə çıxarılmış və Özbəkistan, Qazaxıstan, Azərbaycan və Qırğızıstana məcburi köç etdilər.

Qırx beş il öz özbək qardaş və bacılarının yanında yaşayan Axıska türklərinə qarşı 1989-cu ildə KQB tərəfindən hazırlanmış ssenari əsasında dəhşətli qətliam törədildi.

Tarixə “Fərqanə faciəsi” kimi daxil olan bu qətliam üç yüzdən çox axıskalının vəhşicəsinə öldürülməsi, yüz mindən yuxarı insanın Özbəkistan torpaqlarından zorla təkrar köç edilməsi ilə nəticələndi. Yarım əsrdə axıskalılar həm də ikinci sürgün həyatı yaşadılar.

Bu gün həmin faciədən 31 il ötür. Faciədə həyatını itirən soydaşlarımızı rəhmətlə anır, tarixdə millətimizə qarşı törədilən bu kimi faciələri unutmadığımızı bir daha bəyan edirik.

Rüfət Muradlı 

Ümid Partiyasının ictimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini

Şərh yaz