Ermənistan bu məğlubiyyətlə Rusiyanın yanına qayıtdı – İQBAL AĞAZADƏ

Proseslər elə davam edə bilər ki, Rusiya Ermənistanı yenidən qazanmaq üçün Azərbaycan ərazilərində 1992-ci ildə oynadığı oyunları yenidən oynamaq istəsin. Bunun üçün Azərbaycan hakimiyyəti gecikmədən daxili və xarici siyasətini düzgün tənzimləməlidir.

Bu sözləri 18 mart 2021-ci il tarixində LAFTV-yə açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Aparıcı Ləman Ələşrəfqızının “Putin qatildirmi? Baydenin açıqlaması nəyə səbəb ola bilər” sualına İqbal Ağazadə belə cavab verib. Bu gün Rusiyadan Amerika Birləmiş Ştatlarının da, demokratik dünyanın da istədiyi bir şey var. Rusiya Suriyadan, Liviyadan, Yaxın Şərqdən və postsovet ölkələrindən çıxmalı, xüsusilə də Şərq Tərəfdaşlığı çərçivəsində Avropa Birliyi ilə münasibətdə olan Moldova, Belarusiya, Ukrayna, Gürcüstan və Azərbaycandan əl çəkməlidir. Beləliklə də proseslər bu şəkildə cərəyan etdikdə Rusiya ya sonadək döyüşəcək və içəridə subyektlər amili baş qaldıracaq, ya da regionlardan çəkilmə prosesi gerçəkləşəcək.

Jurnalistin “Bu proseslər Azərbaycana təsir edəcəkmi” sualına cavab olaraq, partiya sədri qeyd edib ki, bu proseslər Azərbaycana mütləq təsir edəcək, çünki Ermənistanda baş verən hadisələr və xüsusilə Paşinyanın dirənməsi Rusiyanın Ermənistan uğrunda mübarizə aparmasının göstəricisidir. Biz Dağlıq Qarabağ ətrafında, hakimiyyətin idarəetmə sistemində bilavasitə Rusiyanın təsir imkanlarını nəzərə alsaq və burada çoxsayl Rusiya yançılarının olduğunu nəzərə alsaq, bu proseslərin bizdən yan düşəcəyini güman etmək doğru deyil. O cümlədən Rusiya çalışacaq ki, vəziyyət qarışanda özünün bufer zonası kimi istifadə etdiyi postsovet ölkələrinə keçə bilsin və Azərbaycan da bu yanaşmada istisna deyil. Beləliklə də Azərbaycanda baş verən hadisələr fonunda 1992-ci il hadisələrində olduğu kimi Ermənistanı bütövlükdə qaytarmaq istəyə bilər. Tarixə nəzər salarkən görərik ki, Ermənistan-Azərbaycan cəbhəsində baş verən hadisələrdə, Ermənistanın, xüsusilə də Ağdərə istiqamətindəki məğlubiyyəti o vaxt qərbə meyllənən prezident Ter-Petrosyanın 180 dərəcə dəyişməsinə səbəb oldu və Ermənistan bu məğlubiyyətlə Rusiyanın yanına qayıtdı.

Verilişi izləyicilərə təqdim edirik:

Şərh yaz