Elşən Quliyev: Qarabağ millətləşmənin tarixi səbəbi oldu

Vətən müharibəsi yaxın tarixi keçmişimizdə təsadüf olunmayan milli birliyi, milli həmrəyliyi formalaşdırdı. Xalq – ordu birliyi, Xalq – Ali baş Komandan vəhdəti Azərbaycan insanını millətləşmə mərhələsinə çıxardı. Bu millətləşmənin tarixi səbəbi isə yuxarıda qeyd etdiyim kimi Qarabağ oldu. İndi bölgəsindən, hətta millətindən, dinindən aslı olmayaraq hər kəs Qarabağlıdır. Bu tarixdə təkrarı olduqca az olan prosesdir. Çünki Qarabağda hər əsgər bir tarix yazır. Tarix hadisələrə canlı şahidlik etməklə paralel, baş verənləri də öz daş yaddaşında əbədiləşdirir. Təsadüfi deyil ki, Qarabağ müharibəsi Türk toplumunda sərhəd anlamını aradan götürdü. Bir millət iki dövlət artıq şüarçılıqdan çıxdı. Bu gün Azərbaycan məhz haqq davası apardığı üçün beynəlxalq dəstəyə sahiblənib. Proses dünyanın diqqətindədir. Hər kəs haqlı və ya haqsızın kimliyindən tam xəbərdardır. Erməni xisləti dünya üçün tam mənasında açılıb. Əsaslı tarixi kökü olmayan bir toplumun imkanlarından olduqca böyük iddiaları bir tarixi mərhələ üçün keçərli ola bilər. Artıq iki aya yaxın apardığımız Vətən Müharibəsində düşmənin dünya ilə oyun cəhdlərinin fiaskoya uğraması bunun əyani sübutudur.
Bu gün mənim də təmsil olunduğum Ümid partiyasının tutduğu xətt Azərbaycan insanın düşüncəsi ilə eyni ahəngdədir. Ümid partiyası və onun liderin İqbal Ağazadə  Vətən Müharibəsi başlayan andan müəyyən etdiyi siyasət əslində ciddi nümunədir. Ölkədə zaman-zaman, hansısa məsələ ilə bağlı müxalif mövqedə olmaq mümükündür və bu demokratik dünyada belə normal haldır. Lakin vətənin, millətin taleyinin həll olunduğu zamanda bütün iddialar arxa plana keçməlidir. Sözsüz ki, Ümid partiyası belə də etdi. Dəfələrlə cəbhə bölgəsinə səfər təşkil edildi, əsgərlə birlik nümayiş olundu, imkanlar çərçivəsində zəruri ehtiyaclara qatqılar oldu. Çünki bu mərhələdə hər kəs yalnız bir söz üzərində köklənib – Vətən.
 Vətən müharibəsi yuxarıda qeyd etdiyim kimi tarixin həm də xoş məramlı təkrarlanmasına səbəb oldu. Təxminən 100 il bundan öncə tarixi ziddiyyətlər konteksində Azərbaycan Türkünün yanında duran Osmanlı Türkləri bu gün də eyni tarixi missiyanı diplomatiya masasında həyata keçirir. Pakistan dövləti Azərbaycan xalqı üçün yalnız coğrafi anlamda uzaqdır. Lakin bu dövlətin siyasi-diplomatik dəstəyi uzaq sərhədləri belə şah damar qədər yaxınlaşdırır. Azərbaycan – İsrail münasibətlərinin mövcud mərhələsi onu göstərdi ki, bu dövlətlə illər öncədən xarici siyasət müstəvisində qurulan münasibətlər doğru imiş. Bu siyahıya Ukrayna, Moldova və s. dövlətləri də tərəddüd etmədən əlavə edə bilərik.
Vətən müharibəsinin müqəddəslik konteksində qəbulunun əsaslı səbəblərindən biri də, itirilən torpaqların geri qaytarılmasının təmin olunmasıdır. Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ili Azərbaycan Türkünün tarixində yeni tarixi mərhələnin başlanğıcı etdi.  Bu gün hər kəs Qarabağlı olduğu kimi, hər birimiz də deyirik, Qarabağ Azərbaycandır!                        
Ümid Partiyası Mətbuat Xidməti            

Şərh yaz