Düşmənin “sivillərimiz öldürülür” ittihamına İqbal Ağazadənin cavabı

Ümid Partiyasının sədri İqbal Ağazadə LAF TV internet kanalında Ləman Ələşrəfqızının qonağı olub. Verilişdə Vətən müharibəsi və onunla bağlı olan bir çox məsələlərə fikir bildirən partiya sədri ermənilərin bir çox yalan məlumatlarını da ifşa edib.

“Uşaqların, dinc əhalinin hücumdan istifadə edən, mərmi daşıyan, topun ipini çəkən, orduya yardım göstərənlər ölürsə, onları sivillər kimi qələmə verirlər. Halbuki, Azərbaycan ordusunun atəş açdığı ərazilərdə bir nəfər də sivil yoxdur. Ermənistan rəsmiləri 105 min qaçqınları olduğunu bəyan edir. Bu rəqəm şişirdilib. İşğal olunmuş Dağlıq Qarabağ ərazisində heç 60-70 min nəfər əhali yaşamırdı.”

Umidparty.org izləyicilərə verilişin həmin hissəsini təqdim edir.

Verilişin tamamını buradan izləyə bilərsiniz:

LAF TV – İqbal Ağazadə ilə gündəm

 

 

Şərh yaz