Bu müharibədə Ukrayna qalib gəlməlidir – ƏNVƏR AĞAZADƏ

Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə 4 may 2022-ci ildə Reaksiya Tv-də canlı efir qonağı olub.

Veriliş “Təxribatların sayı artır. Antiterror əməliyyatları qapıdadır” mövzusu ətrafında baş tutub.

Ənvər Ağazadə Qarabağda ermənilərin səngər qazmasından, rus sülhməramlılarının prosesi sadəcə izləməsindən, bunun qarşısını almamasından, eyni zamanda, Rusiyanın Qarabağla bağlı planlarından danışıb. O, Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyindən, bu ölkənin Qarabağda, Ermənistanla Azərbaycan arasında sülhə qarşı çıxmasından, yürütdüyü imperialist siyasətindən də danışıb.

Ermənistanda son günlər baş verənlər, hakimiyyətə qarşı keçirilən aksiyalar, müxalifətin planları, eyni zamanda, Azərbaycana qarşı yenidən ərazi iddiaları da verilişdə müzakirə mövzusu olub. O, antiterror əməliyyatlarına başlamağın nə dərəcədə aktual olması barədə də fikirlərini bölüşüb.

Ənvər Ağazadə Ukraynaya dünyanın verdiyi dəstəkdən, daha çox silahlı dəstəkdən, dünya güclərinin Rusiyaya qarşı birləşməsindən, ABŞ və müttəfiqlərinin Ukraynanın qalibiyyətinə çalışmasından da danışıb. O, müharibənin uzanacağı barədə fikirlər də səsləndirib və bununla bağlı ciddi arqumentlərini bölüşüb.

Ümid sədrinin birinci müavini Rusiyanın müharibənin sərhədlərini genişləndirmək cəhdlərini də açıqlayıb, bununla bağlı ehtimallarını bölüşüb, Moldovaya hücum planı və digər məsələlər də müzakirə edilib.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz