Bizə xalqın iradəsini tanımaq düşər – Rüfət Muradlı

Ümid Partiyasının ictimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı sosial şəbəkə hesabında Belarusiyada baş verən hadisələrə münasibət bildirib:

Belarusiyadakı prezident seçkilərinə münasibətimizin yalnız bir meyarı ola bilər – Belarus xalqının iradəsi.

Lukaşenkonun Azərbaycana münasibəti isə mövcud iqtidarla münasibətlər kontekstində dəyərləndirilməlidir. Kimsə millətə pafoslu tərzdə dövlətçilik dərsi keçməyə qalxmasln. Postsovet məkanında Rusiyadan uzaqlaşmanın, gerçək müstəqillik və tərəqqinin yolu azad, demokratik seçkidir və onu kim qazanacaqsa, deməli öz xalqının etimadını qazanıb. Bizə də bu reallığı – xalqın iradəsini tanımaq düşər.

Şərh yaz