Azərbaycan-Ermənistan sərhəddinə beton sədlər çəkmək lazımdır – İQBAL AĞAZADƏ

O ərazilərin böyük hissəsi yaylaqlardır. Hər çobanın yanına, hər sürünün yanına əsgər dikməyəcəyik ki…

Bu sözləri 2 iyun 2021-ci il Ümid Partiyasının sədri İqbal Ağazadə “Reaksiya TV”nin efirində yayımlanan “Siyasi reaksiya” verilişində aparıcı Zaur Qəriboğlunun suallarını cavablandırarkən deyib.

Partiya sədri qeyd edib ki, Naxçıvan da daxil olmaqla, Azərbaycan-Ermənistan sərhəddi 1007 km-ə yaxındır. Bugün xüsusilə təhlükəli və xüsusilə bizim üçün problematik olan sərhədlər Kəlbəcər, Laçın, Qubadlı və Zəngilandır. Bu, təxminən 320 km-ə yaxın bir məsafədir. 320 km-ə yaxın məsafədə, hündürlüyü 4 metr olan minimum, istinad divarının qalınlığı yarım metr olan beton sədlər çəkmək lazımdır.

Verilişdə həmçinin gündəmdə olan bir çox məsələlər də müzakirə edilib.

Maraqlı açıqlama və təkliflərlə dolu olan sözügeden videomüsahibəni izləyicilərə təqdim edirik:

Şərh yaz