Azərbaycanın beynəlxalq axtarışa verdiyi adamla Rusiya bu gün ərazimizdə eyni idarəçilik həyata keçirir- İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə 9 fevral 2022-ci ildə jurnalist Əvəz Zeynallının təqdimatında Xural Tv-də canlı efir qonağı olub.

Veriliş “Qarabağda nə baş verir?!” mövzusu ətrafında baş tutub.

Partiya sədri rus sülhməramlılarının Qarabağdakı qanunsuz fəaliyyətindən, Xocalı şəhərində ermənilər üçün binaların tikilməsindən, böyük şəhərcik salınmasından, həmçinin fevralın 20-də qondarma parlamentin Arsaxın sərhədləri ilə bağlı sənəd qəbul etməyə hazırlaşmasından, azərbaycanlıların Qarabağa köçünün tezləşdirilməsinin vacibliyindən danışıb, bunun üçün təkliflərini verib. O, həmçinin, ərazilərin minalardan təmizlənməsinin effektiv yollarından söz açıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz