Azərbaycan Ermənistanla Sülh Müqaviləsini imzalamadan öncə Rusiyanın savaşdan sonrakı aqibətini gözləməlidir – TAMİLLA QULAMİ

Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami 14 aprel 2022-ci ildə Baku News Tv-də efir qonağı olub.

Veriliş “İqbal Ağazadənin sərhədlə bağlı dediklərinə Lavrovdan cavab gəldi” başlığı ilə yayımlanıb.

Verilişdə gündəm müzakirə edilib, Azərbaycanın Rusiya-Ukrayna savaşında kimin yanında olması, Azərbaycan və Ermənistan arasında bağlanılması nəzərdə tutulan Sülh müqaviləsi, dünyanın Rusiya-Ukraya savaşındakı dəstəyi və rolu və sair ölkədaxili problemlər müzakirə mövzusu olub.

Tamilla Qulami Rusiyanın Ukraynaya təcavüzündən, iki aya yaxın davam edən müharibədən, Ukraynanın haqq savaşından, bu ölkəyə verilən beynəlxalq dəstəkdən, həmçinin ölkədə yaşanan insanlıq dramından, dinc insanların öldürülməsindən danışıb. O, Azərbaycan xalqının Ukraynanın yanında olduğunu da vurğulayıb.

Ümid rəsmisi Qarabağ bölgəsində yaşanan son olaylardan, hərəkətlənmədən, Rusiyanın və emrəni silahlılarının törətdikləri təxribatlardan, 10 noyabr 2019-cu il sazişindən sonra əleyhimizə olan hadisələrdən də söz açıb. O, Azərbaycanın haqq savaşı zamanı Qərbin Ermənistanı müdafiə etməsinə də diqqət çəkib.

Tamilla Qulaminin sözlərinə görə, Ukraynada təcavüz siyasəti aparan rus ordusu Qarabağda sülhməramlıdır və dünya da bu ikili siyasəti dəstəkləyir.

O, həmçinin Azərbaycanda daxildə olan çoxsaylı problemlərə də toxunub və Azərbaycan iqtidarının idarəetməsinin yarıtmaz olduğunu söyləyib. Onun zözlərinə görə, Ümid Partiyası dəfələrlə dövlət idarəolunması sahəsində hazırladığı təkliflər paketini, xüsusən xarici siyasət sahəsində hazırladığı təklifləri aidiyyatı qurumlara göndərib. Həmçinin 10 noyabr sazişindən sonra Azərbaycanın atmalı olduğu addımlar da partiya tərəfindən hakimiyyətə ünvanlanıb.

Tamilla Qulami son günlər müzakirəsi gedən sülh müqaviləsindən də danışıb və bildirib ki, hazırda hakimyyət bu sülhün imzalanmasını bacardığı qədər ləngitməlidir. O, həmçinin işğaldan azad olunmuş torpaqlara əhalinin köçürülməsinin ləngiməsinə də diqqət çəkib və bunu gələcəkdə problemlər yaradacaq amil kimi qiymətləndirib, eyni zamanda, köçürülmənin tezləşdirilməsinin vacibliyini vurğulayıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

 

Şərh yaz