İqbal Ağazadə Amerikanın Azərbaycandakı səfirliyinə təbrik məktubu yollayıb

Ümid Partiyasının sədri İqbal Ağazadə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydeni və Amerika xalqını ABŞ-ın Müstəqillik Gününün 246-cı ili münasibətilə təbrik edib. Partiya sədri Amerikanın Azərbaycandakı səfirliyinə təbrik məktubu yollayıb.

Təbrikdə deyilir:

Hörmətli cənab Prezident Cozef Robinette Bayden və Amerika xalqı!

Seçkilərin şəffaf nəticəsi demokratik ənənələrin mövcud olduğunun göstəricisidir. Amerika xalqı tərəfindən iradənin müstəqil şəkildə ifadə edilməsi digər ölkələr üçün bir nümunədir.

İnanıram ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı dostluq və tərəfdaşlıq münasibətləri dövlətlərimizin və xalqlarımızın xeyrinə uğurla davam edəcəkdir.

Sizi və Amerika xalqını ölkənin müstəqilliyinin 246-cı ildönümü münasibətilə təbrik edir, Azərbaycan Ümid Partiyası və öz adımdan tərəfdaşlığımızın davam etdirilməsində və inkişafında maraqlı olduğumuzu vurğulamaq istərdim.

Hörmətlə,

İqbal Ağazadə

Azərbaycan Ümid Partiyasının sədri

Şərh yaz