Ümid Partiyasının sədri İqbal Ağazadə 26 aprel 2022-ci ildə Reaksiya Tv-də Zaur Qəriboğlunun təqdimatında canlı efir qonağı olub.
Veriliş “Rusiya şirkətlərinin Qarabağda nə işi var?!” sualı ətrafında baş tutub.
İqbal Ağazadə Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın təcavüzündən, dünyanın Rusiyanı durdurmaq üçün artıq hərəkətə keçməsindən danışıb. Onun sözlərinə görə, dünya artıq anlayıb ki, Ukraynanı labirintdən xilas etməyin vaxtıdır. Ümid sədri bildirib ki, artıq ABŞ Rusiyanın durdurulması və məğlub olma planları ilə bağlı danışır və müzakirə edir.
İqbal Ağazadə Rusiya şirkətlərinin Qarabağda fəaliyyət göstərmək üçün müraciət etməsi xəbərinə də münasibət bildirərkən deyib ki, bu, indiki məqamda qorxulu durumdur.
O, Rusiyanın regiona sülh gətirməməsində, hazırkı planlarının da Azərbaycanın xeyrinə olmamasından danışıb.
Şuşa adından istifadəyə qadağa qoyulması xəbəri də verilişdə müzakirə mövzusu olub. İqbal Ağazadə hökumətin bu addımını tənqid edib.
Ümid sədri “Tərtər işi” ilə bağlı da danışıb və istintaqla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu cinayət işi ilə bağlı iki dəfə Respublika Baş Prokurorluğuna müraciət edərək yeni istintaq qrupunun yaradılmasını istəyib. O, istintaqın nəticəsində cinayətkarların həbs olunmasının, heç birinin cəzasız qalmamasının vacibliyini də vurğulayıb.
Sözügedən efiri izləyicilərə təqdim edirik: