Ümid Partiyasına ağır itki üz verib

Partiyanın Ali Məclisinin üzvü, Tərtər rayon şöbəsinin sədri Adil Miriş oğlu Qulami 2022-ci il yanvarın 25-də ömrünün 67-ci ilində vəfat edib.

Qulami Adil Miriş oğlu 15 may 1955-ci ildə Tərtər şəhərində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) “Sənaye və mülki tikinti” fakültəsini bitirib.

Siyasi fəaliyyətini xalqının xoşbəxt gələcəyinə sərf etməsi, hər zaman haqqın, doğru bildiyinin yanında dayanması, xalqını, millətini və dövlətini sevməsi Adil Qulaminin əsl ziyalı simasını ortaya qoymuşdu.

Adil Qulami Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün Ümid Partiyasının sıralarında rayon təşkilat sədri olaraq mübarizəsini davam etdirirdi.

Səmimi insan olan Adil Miriş oğlu Qulaminin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Adil Qulaminin vəfatından bir daha kədərləndiyimizi bildirir, Ümid ailəsinə, mərhumun doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Allah rəhmət etsin!

İqbal Ağazadə
Ənvər Ağazadə
Rəfail Tağızadə
Taleh Əliyev
Elşən Quliyev
Tamilla Qulami
Bakir Həsənbəyli
Səməd Hətəmov
İlahə Sadıqova
Elman Abbasov
Faiq Əliyev
Mübariz Maqsudov
Anar İsayev
Xanlar Abbas
Röya Rəfili
Şükür Cavad
Murtuza Muradov
Təbriz Dadaşov

Şərh yaz