Ümid Partiyası Ağakişi Kazımovun vəfatı ilə əlaqədar başsağlığı verdi

Xalq artisti, teatr rejissoru Ağakişi Kazımov vəfat edib.

Ağakişi Kazımovun yaradıcılığının mahiyyətini və zənginliyini təcəssüm etdirən “Müsibəti Fəxrəddin” (N.Vəzirov), “Toy” (S.Rəhman), “Təzə gəlin” (S.Dağlı), “Arşın mal alan” (Ü.Hacıbəyov), “Xoşbəxtliyə gedən yol” (İ.Dunayevski), “Komsomol poeması” (İ.Coşqun), “Məlik Məmməd” (Ə.Abbasov), “Hacı Qənbər” (N.Vəzirov), “Kiçik təpə” (N.Xəzri), “Büllur sarayda” (İ.Əfəndiyev) tamaşaları hər biri müxtəlif janrlarda idi.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Partiyanın Rəyasət heyəti Ağakişi Kazımovun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət etsin!

Şərh yaz