Bu gün Azərbaycanın tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun 80 illik yubileyidir.
Novella Cəfəroğlu Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olub. Hər zaman ictimai-siyasi sferada aktiv fəaliyyəti ilə seçilən xanımlardan biridir.
Novella xanım Azərbaycanın ərazi bütövlüyü, demokratikləşməsi, söz və mətbuat azadlığı, insan hüquqlarının bərpası istiqamətində yorulmadan mübarizə aparıb. Dinindən, dilindən, etnik mənsubiyyətindən, cinsindən, siyasi düşüncəsindən asılı olmayaraq, hüququ tapdanan hər bir ölkə vətəndaşını müdafiə edib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Novella xanımı yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və ictimai fəaliyyətində uğurlar arzulayır.