Ümid Partiyası Aydın Canıyevi təbrik etdi

Bu gün tanınmış jurnalist Aydın Canıyevin doğum günüdür. 

Aydın Canıyev özünəməxsus yazı üslubu olan qələm sahibidir. Onun jurnalist kimi fəaliyyəti və təcrübəsi uzun illərə dayanır. Bir jurnalist kimi hər zaman ölkədə baş verən tale yüklü məsələlərə anında münasibət bildirdiyinin, ədalətlə yanaşmasının şahidi olmuşuq. 

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Aydın bəyi təbrik edir, ona uzun ömür, can sağlığı, şəxsi işlərində və peşə fəaliyyətində uğurlar arzulayır.

Şərh yaz