İqbal Ağazadə Türkiyə səfirini təbrik etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə Türkiyə Respublikasının  Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ahmet Demiroku təbrik edib. Təbrikdə deyilir:

Hörmətli Ahmet Demirok!

Sizi Türkiyənin Azərbaycan Respublikasında  fövqəladə və səlahiyyətli səfir təyin olunmağınız münasibəti ilə təbrik edirəm.

Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dərin tarixi köklərlə bağlı, dünya miqyasında bir-birinə ən yaxın olan iki qardaş ölkədir. Əməkdaşlığımız bütün sahələrdə yüksək səviyyədə inkişaf edir, Azərbaycan-Türkiyə əməkdaşlığı həm regionda, həm də regiondan kənarda böyük önəm daşıyır. Əlaqələrimiz inkişaf etdirilməli və bu birlik daha da möhkəmləndirilməlidir. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, həm region, həm də ölkələrimiz üçün faydalı olar.

44 günlük Vətən müharibəsində də  Türkiyə Azərbaycana bütün sferalarda yüksək səviyyədə dəstək oldu. Bu müharibə  iki dövlətin həm siyasi rəhbərliyi, həm xalqlarımız arasındakı həmrəyliyin nə qədər güclü olduğunu dünyaya bir daha sübut etdi.

İnanıram ki, Sizin səfir olduğunuz dönəmdə  də  bütün sahələr üzrə iki qardaş ölkə arasındakı münasibətlər daha da inkişaf etdiriləcək.

Bir daha fəaliyyətinizdə Sizə uğurlar diləyirəm!

Hörmətlə,

İqbal Ağazadə

Ümid Partiyasının sədri

 

 

Şərh yaz