İqbal Ağazadə beynəlxalq təşkilatlara müraciət etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə gecə saatlarında terrorçu Ermənistan hökumətinin cəbhə xəttindən 80 km uzaqda yerləşən Gəncə şəhərinə atdığı raketlərlə bağlı mövqe bildirib.

Umidpary.org həmin müraciəti oxuculara təqdim edir:

BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası, İslam ölkələri təşkilatı, aparıcı dünya dövlətləri Ermənistanın bu gecə Gəncəyə raket atəşini qətiyyətlə pisləməklə yanaşı, Azərbaycanın apardığı anti-terror əməliyyatını açıq və qeyri-şərtsiz dəstəkləməlidirlər.

Ermənistan Cənubi Qafqazın Avropa ailəsinin bir üzvü olmasında ən böyük əngəl və maneədir.

Azərbaycanın haqq işini durdurmaq istəyən ayrı-ayrı dövlətlər, atəşkəsə səsləyən tərəflər Ermənistanın bu cinayətindən sonra mövqelərini korrektə etməli, terrorçu rejimin və havadarlarının durdurulması üçün Azərbaycana yardım etməlidirlər. Əks təqdirdə, kimsəyə nə demokratiya, nə də humanizm dərsi keçməyə qalxmasınlar.

Biz bu savaşda hər kəsin kimlərə və hansı məqsədlərə xidmət etdiyini bir daha gördük.

Birliyimizi, təmkinimizi qorumalı, daha sıx birləşməliyik.

Azərbaycan bu davadan qalib çıxmalıdır.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!

Allah şəhidlərimizə rəhmət etsin!

 

Şərh yaz