Əsası dahi Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın Milli Mətbuatının yaranmasından 145 il ötür. Bu müddət ərzində Azərbaycan mətbuatı ağır sınaqlardan keçməsinə baxmayaraq, hər zaman şərəfli missiya daşıyıb.
Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışıb, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, insan haqlarının qorunması və ölkənin demokratikləşməsi uğrunda mübarizədə əvəzsiz rol oynayıb, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni ediblər.
Təəssüflər olsun ki, hələ də Azərbaycan mətbuatında ciddi problemlər qalmaqdadır. Biz Ümid Partiyası olaraq, bu problemlərin aradan qalxması, jurnalistlərin fəaliyyətinə normal şərait yaradılması üçün əlimizdən gələni etmişik və bundan sonra da edəcəyik.
Hesab edirik ki, mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir. Söz və mətbuat azadlığına, azad rəqabət və reklam mühitinə şərait yaradılmalı, mətbuata və jurnalistlərə olan basqılar dayandırılmalıdır. Bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik.
AZƏRBAYCAN ÜMİD PARTİYASI