Azərbaycan Ümid Partiyasının İdarə Heyəti Zəfər abidəsini ziyarət edib

Azərbaycan Ümid Partiyasının İdarə Heyəti Zəfər abidəsini ziyarət edib
27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Ümid Partiyasının İdarə Heyəti Zəfər abidəsini ziyarət edib.
Partiya funksionerləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, Zəfər abidəsi önünə gül dəstələri qoyublar.
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsinin, dövlətçilik əzminin və Vətən sevgisinin təcəssüm etdiyi mühüm günlərdən biridir.
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti şəhidlərin fədakarlığının heç bir zaman unudulmayacağını, onların əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini bildirir, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, yaxınlarına, Azərbaycan xalqına səbir diləyir!
Şəhidlərimizin müqəddəs xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq!
Şərh yaz