Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük əziyyət və zəhmətlər hesabına gecəsini gündüzünə qataraq çalışan neftçilərin peşə bayramıdır.
20 sentyabr 1994-cü il tarixində bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınmış neft kontraktları imzalanması ilə əlaqədar olaraq, 20 sentyabr hər il Azərbaycanda “Neftçilər Günü” kimi qeyd edilir.
Ümid Partiyasının sədri İqbal Ağa-zadə və partiyanın İdarə Heyəti Azərbaycan neftçilərini peşə bayramı münasibəti ilə təbrik edir, onlara şəxsi həyatlarında və işlərində uğurlar arzulayır.
Şərh yaz