30 aprel Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Günüdür

1999-cu ilin bu günü Birinci Qarabağ müharibəsinin zabit və gizirləri Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasında xüsusi iştirak ediblər.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 2016-cı ilin Aprel Döyüşlərində xüsusi qəhrəmanlıq göstərərək, Lələtəpə yüksəkliyini azad etməklə, eləcə də Azərbaycanın nəzarətində olan ərazilərdə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun Arazboyu kəndlərində yaşayış məntəqələrimizin təhlükəsizliyini qismən təmin etmiş olub.
26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə keçirilən paradda Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin rəhbərliyi ilə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri iştirak ediblər.
Qeyd edək ki, general-leytenant Hikmət Mirzəyev Aprel döyüşlərinin, Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarının və Vətən müharibəsinin hərbi rəhbərlərindən biri – Vətən Müharibəsi Qəhrəmanıdır.
Belə ki, Xüsusi Təyinatlı Qüvvələri həmçinin İkinci Qarabağ savaşında, Şuşanın alınmasında əvəzolunmaz rol oynayıb.
Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər “Zəfər” ordeni ilə, 57 nəfər “Qarabağ” ordeni ilə təltif edilib.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın İdarə Heyəti Xüsusi Təyinatlı Qüvvələrin igid, mərd kollektivini təbrik edir, onlara uzun ömür, can sağlığı, təhlükəli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayır.
Topraqlarımızın işğaldan azad edilməsində canından keçən XTQ şəhidlərimizin ruhu qarşısında baş əyir, doğmalarına, yaxınlarına səbir diləyirik!
Hər şey Azərbaycan üçün!
May be an image of 4 people and text that says "(% TaYINATLI QUWaLAR 8 aR www.umidparty.org umidp org 30 APREL XÜSUSİ TOYİNATLI QÜVVALARİN YARANMA GÜNU"
Şərh yaz