“ADNA” terrorundan 15 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilən terror hadisəsindən 15 il ötür.
Dəhşətli terror hadisəsi baş verdikdən həmən sonra Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party sədri İqbal Ağazadə parlamentdə də, parlamentdənkənar da bu və bir sıra terror hadisəsinin tam şəkildə araşdırılaraq, gerçəklərin üzə çıxarılması və məhkəmə proseslərinin davam etdirilməsinin vacibliyini qeyd edib.
Ümid Partiyasının sədri İqbal Ağa-zadə və partiyanın İdarə Heyəti 30 aprel 2009-cu il “ADNA” terrorunda həlak olanlara Allahdan rəhmət diləyir, faciə nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət etsin!
Şərh yaz