Xalq artisti Əjdər Həmidov vəfat etdi

Teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidov vəfat edib.

Bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: “Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi”. 

Ümid Partiyasının Rəyasət Heyəti  mərhumun yaxınlarına və xalqımıza başsağlığı verir. 

Allah rəhmət eləsin! 

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz